Xaricə səyahətə gedən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Xaricə səyahətə gedən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib "Vətəndaşlar şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etməlidirlər"
Mədəniyyət siyasəti
29 İyul , 2015 14:38
Xaricə səyahətə gedən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Bakı. 29 iyul. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi səyahətə gedən Azərbaycan vətəndaşlarına müraciət edib.

"Report"un xəbərinə görə, nazirlik bildirir ki, yay mövsümünün başlanması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunur.

Nazirlik əhalinin nəzərinə çatdırır ki, turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyinin turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın (xüsusi razılıq) olub-olmamasını, turist vauçerini "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.

Bununla yanaşı, yay turizm mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxana fəaliyyətinə lisenziya (xüsusi razılıq) almış obyektlərin xidmətlərindən istifadə etmələri tövsiyə olunur.

Qeyd edək ki, turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşən vətəndaşlara Mədəniyyət və Turizm Nazirliyinin (012) 492 88 50 telefon nömrəsinə və ya [email protected] elektron ünvanına rəsmi müraciət etmələri tövsiyə olunub. 

Son xəbərlər

Orphus sistemi