Şəkidə uşaq musiqi və incəsənət məktəbləri müəllimlərinin bilikləri yoxlanılıb

Şəkidə uşaq musiqi və incəsənət məktəbləri müəllimlərinin bilikləri yoxlanılıb Bu il ərzində zonalar üzrə respublikanın bütün şəhər və rayon uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində müəllimlərin bilikləri yoxlanılacaq
Mədəniyyət siyasəti
2 İyun , 2015 20:22
Şəkidə uşaq musiqi və incəsənət məktəbləri müəllimlərinin bilikləri yoxlanılıb

Bakı. 2 iyun. REPORT.AZ/ Şəkidə Şəki şəhər, Balakən, Qax, Oğuz, Zaqatala rayon uşaq musiqi və incəsənət məktəbləri müəllimlərinin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi keçirilib. 

Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirdə 15 ixtisas üzrə 1300 nəfərə yaxın müəllim iştirak edib.

Əsas məqsəd Nazirliyin tabeliyində olan uşaq musiqi və incəsənət məktəbləri müəllimlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsidir.

İlk olaraq Bakı, Sumqayıt, Xaçmaz, Lənkəran şəhərlərində müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılıb, tədbirlərdə zonalar üzrə Bakı, Sumqayıt, Abşeron, Xızı, Cəbrayıl, Qubadlı, Laçın, Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran şəhər və rayon uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin 5000 nəfərə yaxın müəllimi iştirak edib.

Bu il ərzində zonalar üzrə respublikanın bütün şəhər və rayon uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində çalışan müəllimlərinin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi