Dövlət Xidməti: Şəkidə baş verən zəlzələdə mədəniyyət abidələrinə ciddi ziyan dəyməyib

Dövlət Xidməti: Şəkidə baş verən zəlzələdə mədəniyyət abidələrinə ciddi ziyan dəyməyib Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları sentyabr 4-də Şəkidə baş verən zəlzələ ilə bağlı monitorinqlər aparıb
Mədəniyyət siyasəti
9 Sentyabr , 2015 19:31
Dövlət Xidməti: Şəkidə baş verən zəlzələdə mədəniyyət abidələrinə ciddi ziyan dəyməyib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları sentyabr 4-də Şəkidə baş verən zəlzələ ilə bağlı monitorinqlər aparıb. Nəticədə zəlzələ zamanı tarix və mədəniyyət abidələrinə, qoruqlara ciddi ziyan dəymədiyi müəyyən edilib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi Zakir Sultanov adından yayılan açıqlamada qeyd olunub.

Xatırladaq ki, buna qədər Dövlət Xidmətinin Şəkidə yerləşən tarix və mədəniyyət abidələrində təmir bərpa işləri aparılıb, bundan sonra da bu prosesin davam etdiriləcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi