​Şamaxıda meksikalı rəssamın sərgisi keçirilib

​Şamaxıda meksikalı rəssamın sərgisi keçirilib Bundan əvvəl rəssamın sərgiləri Bakı, Gəncə, Mingəçevir və Qəbələ şəhərlərində olub
Mədəniyyət siyasəti
21 İyun , 2016 20:36
​Şamaxıda meksikalı rəssamın sərgisi keçirilib

Bakı. 21 iyun. REPORT.AZ/ Şamaxı şəhərində meksikalı rəssam Marqarita Moralesin “Rənglər simfoniyası” adlı sərgisi keçirilib.

Meksikanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, sərgi Şamaxı Rayon Mədəniyyət Mərkəzində baş tutub.

Bundan əvvəl rəssamın sərgiləri Bakı, Gəncə, Mingəçevir və Qəbələ şəhərlərində keçirilib.

Sərgilər Meksikanın Azərbaycandakı səfirliyi, Mədəniyyət və Turizm Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşlığı nəticəsində təşkil edilib.

Son xəbərlər

Orphus sistemi