Şahmat üzrə Dünya Kubokunun iştirakçıları tarixi-mədəni abidələrlə tanış olublar

Şahmat üzrə Dünya Kubokunun iştirakçıları tarixi-mədəni abidələrlə tanış olublar Kubok iştirakçıları Qala Dövlət Tarix Etnoqrafiya Qoruğu və "Atəşgah" məbədində olublar
Mədəniyyət siyasəti
27 Sentyabr , 2015 11:11
Şahmat üzrə Dünya Kubokunun iştirakçıları tarixi-mədəni abidələrlə tanış olublar

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun iştirakçıları istirahət günündə ölkəmizin tarixi-mədəni abidələriylə tanış olub.

Dünya Kubokunun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, istirahət günündə turnirdə yarımfinala vəsiqə qazanan şahmatçılar, onların məşqçiləri, əcnəbi hakimlər və jurnalistlər Qala Dövlət Tarix Etnoqrafiya Qoruğu və "Atəşgah" məbədində olub. Qonaqlara qoruqda olan eksponatlar nümayiş etdirilib, abidələr barədə ətraflı məlumat verilib.

Son xəbərlər

Orphus sistemi