Rusiyanın Bakıdakı səfirliyində azərbaycanlı yazıçıların təltifolunma mərasimi keçirilib

Rusiyanın Bakıdakı səfirliyində azərbaycanlı yazıçıların təltifolunma mərasimi keçirilib Ədəbiyyat mükafatı rus dilinin Azərbaycanda inkişafına verdiyi töhfəyə görə təqdim edilir
Mədəniyyət siyasəti
18 Fevral , 2016 14:29
Rusiyanın Bakıdakı səfirliyində azərbaycanlı yazıçıların təltifolunma mərasimi keçirilib

Bakı. 18 fevral. REPORT.AZ/ Rusiyanın Bakıdakı səfirliyində Azərbaycanda rus dilinin inkişafına verdikləri töhfələrə görə azərbaycanlı yazıçılara Ədəbiyyat mükafatının verilməsi mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbiri giriş nitqi ilə açan Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin tanınmış azərbaycanlı yazıçıların çoxunun rus dilində yazmasının Azərbaycan ədəbiyyatının fərqləndirici cəhətidir.

Bu il ədəbiyyat mükafatı "Ədəbi Azərbaycan"ın baş redaktorunun müavini Elizabet Qasımova və tanınmış azərbaycanlı publisist Emil Ağayevə təqdim olunub. Emil Ağayev yanvar ayında vəfat etdiyindən mükafat onun həyat yoldaşına verilib.

Öz növbəsində, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev bildirib ki, yazıçılarımızn digər dilləri bilməsi çox yaxşı xüsusiyyətdir. Onun sözlərinə görə, əsl ədəbiyyat beynəlmiləl olmalıdır. Ç.Abdullayev bu cür mükafatların verilməsinin ənənə halını alacağına ümidvar olduğunu da qeyd edib.

Son xəbərlər

Orphus sistemi