Qusar şəhəri “Azərbaycanın Folklor Paytaxtı” seçilib

Qusar şəhəri “Azərbaycanın Folklor Paytaxtı” seçilib 2018-ci ildə Naxçıvan Azərbaycanın İslam Mədəniyyəti Paytaxtı adını daşıyacaq
Mədəniyyət siyasəti
11 Mart , 2016 20:50
Qusar şəhəri “Azərbaycanın Folklor Paytaxtı” seçilib

Bakı. 11 mart. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin təsdiqlədiyi “Xalq Yaradıcılığı Paytaxtları” proqramı ilə əlaqədar 2016-cı il üçün Qusar şəhəri “Azərbaycanın Folklor Paytaxtı” seçilib.

"Report" xəbər verir ki, Muzey Mərkəzində bu münasibətlə 2016-cı il üçün “Azərbaycanın Folklor Paytaxtı”nın təqdimat mərasimi keçirilib.

Mərasimdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə iştirak edən (İSESKO) baş katibi Əbdüləziz bin Osman əl-Tüveycrini salamlayıb. 2009-cu ildə Bakı şəhərinin İslam Mədəniyyəti paytaxtı olduğunu deyən Əbülfəs Qarayev 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın İslam Mədəniyyəti Paytaxtı adını daşıyacağını açıqlayıb.

"Bu il Azərbaycanda Multikulturilizim ili elan edilib. Bu səbəddən Mədəmiyyət və Turizm Nazirliyində kollegiya iclası keçirdik və belə qərara gəldik ki, 2016-cı il üçün Qusar şəhəri “Azərbaycanın Folklor Paytaxtı” seçilsin. Bu ideyanı və bizim bütün ideyalarımızı dəstəkləyən, bizə yardım dəstək olan (İSESKO)nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycrinə minnətdarlığımı bidirirəm. Azərbaycan hər zaman azsaylı xalqların mədəniyyətinə hörmət edib. Ona görə də 2016-cı ilin folklor paytaxtı Qusar seçilib. Bu günədək 17 şəhər müxtəlif nominatsiyalarda paytaxt seçilib", - deyə nazir qeyd edib

İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxış edərək, Azərbaycan, onun mədəniyyəti haqqında yüksək fikirlər söyləyib, Əbülfəs Qarayevlə birlikdə “Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində 2016-cı il üçün Qusar şəhərinin “Azərbaycanın Folklor Paytaxtı” seçilməsi ilə bağlı olan kuboku Qusar şəhərinin nümayəndəsinə təqdim edib.

Qeyd edək ki, Azərbaycanın qeyri-maddi mədəni irsinin bərpası, qorunması, hərtərəfli inkişafı, təbliği və təşviqi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Xalq Yaradıcılığı Paytaxtları” Proqramı təsdiq olunub. 2010-cu ildən tətbiq edilən bu proqram nəticəsində Azərbaycanın qeyri-maddi mədəni irsinin inkişafı vüsət almış və regionların sosial-mədəni həyatında müsbət dəyişikliklər baş verib. Proqrama əsasən “əfsanələr”, “folklor”, “sənətkarlıq” və bu kimi nominasiyalar üzrə “paytaxt” seçilmiş şəhərlərdə milli folklor ustaları və kollektivləri, xalq sənətkarları yeni yaradıcılıq nailiyyətləri əldə edib, xalqın tarixi yaşam tərzinin, milli bayram və adət-ənənələrin qorunması üçün əhəmiyyətli işlər görülüb. Bu illər ərzində Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ “Azərbaycanın Əfsanələr Paytaxtı”, Lənkəran, Qazax, Masallı, Zaqatala, Balakən “Azərbaycanın Folklor Paytaxtı”, Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron “Azərbaycanın Sənətkarlıq Paytaxtı”, habelə Şamaxı “Azərbaycanın Ədəbiyyat Paytaxtı” və Qax “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan olunub.

Son xəbərlər

Orphus sistemi