"Qazax-Borçalı bölgəsinin xalçaçıları" adlı dərs vəsaiti nəşr edilib

"Qazax-Borçalı bölgəsinin xalçaçıları" adlı dərs vəsaiti nəşr edilib Kitabda Qazax, Ağstafa,Tovuz, Borçalı xalçaçıları haqqında məlumatlar əhatə olunub
Mədəniyyət siyasəti
16 Mart , 2015 16:26
Qazax-Borçalı bölgəsinin xalçaçıları adlı dərs vəsaiti nəşr edilib

Bakı. 16 mart. REPORT.AZ/ "Azər-İlmə" "Qazax-Borçalı bölgəsinin xalçaçıları" adlı kitab-kataloq çap edib. "Report" xəbər verir ki, "Azər-İlmə"nin rəhbəri Vidadi Muradovun rəhbərliyi ilə reallaşan "Azərbaycan xalçaları bütün qrupları ilə" adlı fundamental elmi-tədqiqat layihəsi çərçivəsində hazırlanmış və Təhsil Nazirliyində dərs vəsiti kimi qeydiyyatdan keçmiş kitab Azərbaycan, rus və ingilis dillərində işıq üzü görüb.

Bu dərs vəsaitində Azərbaycan xalçalarının Qazax-Borçalı qrupunun coğrafi sərhədlərinə müvafiq olaraq, respublikamızın Ağstafa, Qazax, Tovuz, həmçinin Gürcüstan Respublikasının azərbaycanlılar yaşayan Bolnisi (Çörük Qəmərli), Dmanisi (Başkeçid),Tetri-Skaro (Ağbulaq), Zalqa (Barmaqsız), Marneuli (Sarvan) rayonlarının xalçaçıları, xalçaları, xalça tacirləri, boyaqçıları haqqında məlumatlar əhatə olunub. "Müəllifdən", "Qazax-Borçalı bölgəsinin tarixinə dair" olan bölmələr oxucuya kitabın məqsəd və məramı, ekspedisiya tədqiqatları, o cümlədən ayrı-ayrı rayonların tarixi keçmişinə dair informasiya mənbəyidir. "Azər-İlmə"nin kolleksiyasında saxlanılan Qazax-Borçalı bölgəsinə aid qədim, müxtəlif kompozisiyalı, rəngarəng xovlu və xovsuz xalçaların, xalça məmulatlarının fotoşəkilləri və bu qrup üçün səciyyəvi olan simvolların şərhi də kitab-kataloqa daxil edilib.

Kitab-kataloq tarixçilər, etnoqraflar, sənətşünaslar, xalça mütəxəssisləri, ali və orta ixtisas məktəblərinin tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, kitabın ön sözünün müəllifi və elmi redaktoru, akademik Teymur Bünyadovdur. Redaksiya heyətinə Azərbaycanın və Gürcüstanın tanınmış tarixçiləri, etnoqrafları və sənətşünasları daxildir.

Son xəbərlər

Orphus sistemi