Prezident İlham Əliyev Xalq artistinə mənzil verib

Prezident İlham Əliyev Xalq artistinə mənzil verib Prezident İlham Əliyev Xalq artisti tarzən Vamiq Məmmədəliyevə mənzil hədiyyə edib verib.
Mədəniyyət siyasəti
17 Sentyabr , 2021 16:38
Prezident İlham Əliyev Xalq artistinə mənzil verib

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti, tanınmış tarzən Vamiq Məmmədəliyevə mənzil hədiyyə edib.

Bu barədə "Report"a Xalq artistinin özü məlumat verib.

V.Məmmmədəliyev diqqət və qayğısı üçün Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib: “Sənətimə qiymət verildiyi üçün çox xoşbəxtəm və buna görə də dövlətimizin başçısına öz təşəkkürümü bildirirəm. Prezidentimiz mənzili mənə 75 illik yubileyim münasibətilə hədiyyə edib. Bu, mənim üçün böyük sevincdir".

Qeyd edək ki, iyunun 9-da V.Məmmədəliyevin 75 yaşı tamam olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti və Bakı Musiqi Akademiyasının müəllimidir.

Son xəbərlər

Orphus sistemi