​Polad Bülbüloğlu Dərbəndin yubiley tədbirində çıxış edib

​Polad Bülbüloğlu Dərbəndin yubiley tədbirində çıxış edib Azərbaycanın Rusiyadakı səfiri Dərbəndi 2000 illiyi münasibəti ilə təbrik edib
Mədəniyyət siyasəti
20 Sentyabr , 2015 17:27
​Polad Bülbüloğlu Dərbəndin yubiley tədbirində çıxış edib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycanın Rusiyadakı səfiri, tanınmış bəstəkar və müğənni Polad Bülbüloğlu Dərbəndin 2000 illiyi münasibəti ilə keçirilən bayram tədbirində iştirak edib.

"Report" xəbər verir ki, tədbirdə çıxış edən səfir şair Rəsul Həmzətovun sözlərinə bəstələnmiş "Dololay" mahnısını ifa edib.

"Biz şadıq ki, bu yerə bayram gəlib. Mən burada çıxış etməyimdən məmnunam. Bizim xalqlarımız hər zaman bir-birinin yanında olub və olacaq", - deyə o bildirib və sonda "Qorxma mən səninləyəm" filmindən mahnı ifa edib.

Son xəbərlər

Orphus sistemi