​Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzində xeyriyyə tədbiri keçirilib

​Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzində xeyriyyə tədbiri keçirilib Tədbirdə Daşkəndin internat məktəblərinin 200-ə yaxın əlil, fiziki qüsurlu uşaqları iştirak edib
Mədəniyyət siyasəti
17 Noyabr , 2015 21:00
​Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzində xeyriyyə tədbiri keçirilib

Bakı. 17 noyabr. REPORT.AZ/ Özbəkistan paytaxtı Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində xeyriyyə tədbiri keçirilib.

Mərkəzdən "Report"a verilən məlumata görə, 17 noyabr - Milli Dirçəliş gününə həsr olunmuş tədbirdə Daşkəndin internat məktəblərinin 200-ə yaxın əlil, fiziki qüsurlu uşaqları iştirak edib.

Əvvəlcə uşaqlara ölkəmiz haqqında məlumat verilib, sonra onlar Mərkəzdəki "Azərbaycan tarixi" və "Heydər Əliyev" muzeyləri ilə tanış olublar. Tədbir çərçivəsində uşaqlara Azərbaycan və Özbəkistanın kiçik bayraqları və ölkəmiz adından hədiyyələr verilib.

Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov təşkil olunan xeriyyə tədbirinin əsas məqsədinin iki ölkə dostluğunun təbliği, uşaqlarda vətənpərvərlik hislərinin aşlanması, onlara Azərbaycan haqqında bilgilərin verilməsinin olduğunu söyləyib. O, Mərkəz tərəfindən bu cür layihələrin davam etdiriləcəyini, fiziki qüsurlu uşaqlar arasında istedadların üzə çıxarılmasına dəstək göstəriləcəyini bildirib.

Tədbirin bədii hissəsində "Odlar yurdu Azərbaycan" sənədli filmi nümayiş olunub, Özbəkistanın internat məktəblərinin hazıladıqları rəqslər və çıxışlar təqdim olunub. Qeyd edək ki, tədbirdə Azərbaycan, özbək və dünya rəqsləri ifa olunub. 

Son xəbərlər

Orphus sistemi