Özbəkistanda keçirilən "Atlas Festivalı"nda Azərbaycan kəlağayıları və ipəyi nümayiş etdirilib

Özbəkistanda keçirilən "Atlas Festivalı"nda Azərbaycan kəlağayıları və ipəyi nümayiş etdirilib Bununla əlaqədar Margilan şəhər Mərkəzi Muzeyində Azərbaycan sərgisi təşkil olunub
Mədəniyyət siyasəti
13 Sentyabr , 2016 16:40
Özbəkistanda keçirilən Atlas Festivalında Azərbaycan kəlağayıları və ipəyi nümayiş etdirilib

Bakı. 13 sentyabr. REPORT.AZ/ YUNESKO-nun Özbəkistan təmsilçiliyi və bu ölkənin Mədəniyyət və İdman Nazirliyi, Fərqanə Vilayət Hakimiyyətinin birgə təşkilatçılığı ilə Margilan şəhərində "Atlas Festivalı" keçirilib.

Azərbaycanın Özbəkistandakı səfirliyindən “Report”a verilən məlumata görə, festivalda Özbəkistanın müxtəlif regionlarında ipəkçilik sahəsində fəaliyyət göstərən sənətkarlar, habelə Margilan ipəyindən hazırlanan parçalar, milli geyimlər nümayiş olunub.

Atlas Festivalında” Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan kəlağayılarını və ipəkdən hazırlanmış Azərbaycan geyimlərini nümayiş etdirib.

Bununla əlaqədar Margilan şəhər Mərkəzi Muzeyində Azərbaycan sərgisi təşkil olunub. İpəkdən hazırlanan Azərbaycan kəlağayıları iştirakçıların böyük marağına səbəb olub.  

Son xəbərlər

Orphus sistemi