​Özbəkistanda Azərbaycan kəlağayılarının təqdimatı keçirilib

​Özbəkistanda Azərbaycan kəlağayılarının təqdimatı keçirilib Qonaqlara kəlağayıların növləri və istehsal prosesi barədə məlumat verilib
Mədəniyyət siyasəti
2 İyun , 2016 14:40
​Özbəkistanda Azərbaycan kəlağayılarının təqdimatı keçirilib

Bakı. 2 iyun. REPORT.AZ/ Daşkənddə "Azərbaycan kəlağayı sənəti və onun təqdimatı" adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbir Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.  

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycan xanımlarına məxsus baş geyimi olan kəlağayılar haqqında danışıb, hər bir xalqın maddi və mənəvi dəyərləri, qədim mədəniyyət nümunələri, geyim formalarının həmin xalqın xarakterindən və xüsusiyyətlərdən bəhs etdiyini bildirib.

Səfir Azərbaycan kəlağayısının "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahıya daxil edilməsini Azərbaycan xalqı üçün böyük uğur kimi dəyərləndirib və bu işdə Heydər Əliyev Fondunun xidmətlərindən söhbət açıb.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov isə Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan və Özbəkistanın zəngin mədəniyyətindən danışaraq, kəlağayını Azərbaycan xalqının əsrlərdən bəri qorunub saxlanılan sənət incisi adlandırıb.

Mərasimdə "Azərbaycan kəlağayıları" adlı sənədli film iştirakçılara nümayiş etdirilib.

Tədbir çərçivəsində Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan sərgidə müxtəlif dizaynda hazırlanmış Azərbaycan kəlağayıları nümayiş etdirilib. Qonaqların iştirakı ilə kəlağayının naxışlanma prosesi canlı olaraq həyata keçirilib, fəxri qonaqlara kəlağayılar hədiyyə edilib.

Son xəbərlər

Orphus sistemi