Azərbaycanda Novruz bayramına hazırlıq işləri başlayıb

Azərbaycanda Novruz bayramına hazırlıq işləri başlayıb Ədalət Vəliyevin sədrliyi ilə geniş tərkibli müşavirə keçirilib
Mədəniyyət siyasəti
28 Yanvar , 2015 11:30
Azərbaycanda Novruz bayramına hazırlıq işləri başlayıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Bakıda keçiriləcək ümumxalq Novruz şənliyinə hazırlıq işləri ilə əlaqədar Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin sədrliyi ilə geniş tərkibli müşavirə olub. Bu barədə “Report”a Mədəniyyət və Turzm Nazirliyindən bildirilib.

Müşavirədə nazirliyin əlaqədar şöbə müdirləri, məsul əməkdaşları, rayon və şəhər mədəniyyət və turizm şöbələrinin müdirləri, teatr-konsert, kino müəssisələrinin və digər aidiyyəti təşkilatların rəhbərləri, yaradıcı şəxslər iştirak edirdi.

Tədbirdə geniş məruzə ilə çıxış edən nazir müavini Ədalət Vəliyev Novruz bayramının bu il də əsl təntənə ilə qeyd olunması üçün nazirlikdə müvafiq əmr imzalandığını, əlaqədar təşkilatlara və şəxslərə tapşırıqların verildiyini bildirib. Qeyd olunub ki, Azərbaycan xalqının ən sevimli bayramı olan Novruz bayramının rəngarəng və yaddaqalan şəkildə qeyd olunması üçün təşkilati məsələlər həll edilib, tədbirdə iştirak edəcək yaradıcı şəxslər və kollektivlər müəyyənləşib.

İclasda bayram şənliyinə hazırlıq işlərinin davam etdirilməsi, məşqlərin yüksək səviyyədə və qrafikə uyğun aparılması üçün müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi