“Nəsimi ili”nə həsr olunan “Həqq məndədir” konserti keçiriləcək

“Nəsimi ili”nə həsr olunan “Həqq məndədir” konserti keçiriləcək Dekabrın 21-i saat 19:00-da Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində bəstəkar-müğənni Sevinc Ağasıyevanın “Nəsimi ili”nə həsr olunan “Həqq məndədir” adlı solo konserti keçiriləcək.
Mədəniyyət siyasəti
17 Dekabr , 2019 16:42
“Nəsimi ili”nə həsr olunan “Həqq məndədir” konserti keçiriləcək

Dekabrın 21-i saat 19:00-da Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində bəstəkar-müğənni Sevinc Ağasıyevanın “Nəsimi ili”nə həsr olunan “Həqq məndədir” adlı solo konserti keçiriləcək.

"Report" xəbər verir ki, gecədə həmçinin əməkdar artist, tarzən Şəhriyar İmanov, bədii qiraət ustası Xəzər Süleymanlı çıxış edəcəklər.

Konsertdə Tofiq Quliyev, Süleyman Ələsgərov və Sevinc Ağasıyevanın İmadəddin Nəsiminin qəzəllərinə bəstələnən mahnıları səslənəcək, Nəsiminin qəzəlləri oxunacaq. 

Tədbirdə həmçinin musiqisi tanınmış kamança ifaçısı Mark Eliyahu, sözləri Nəsimiyə aid olan və Sevinc Ağasıyeva tərəfindən ifa olunan “Etməgil” mahnısının klipi də təqdim olunacaq. Dahi Nəsimiyə həsr olunan tədbirə ictimai xadimlər, ziyalılar, nəsimişünaslar, tanınmış incəsənət və media nümayəndələri dəvət ediləcək.

Konsert Mədəniyyət TV vasitəsilə yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi