Nazirlik məktəb direktorunu mükafatlandırıb

Nazirlik məktəb direktorunu mükafatlandırıb O, 30 ildən çoxdur mədəniyyət və musiqi təhsili sahəsində çalışır
Mədəniyyət siyasəti
5 Avqust , 2015 15:38
Nazirlik məktəb direktorunu mükafatlandırıb

Bakı. 5 avqust. REPORT.AZ/ Abşeron rayon Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin direktoru İkram Atabala oğlu Manafov 50 yaşı tamam olması münasibətilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Fərman"ı ilə təltif olunub və mükafatlandırılıb. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Qeyd edək ki, İkram Manafov 30 ildən çoxdur mədəniyyət və musiqi təhsili sahəsində çalışır, 2001-ci ildən Abşeron rayon Xırdalan şəhər Uşaq Musiqi Məktəbinə rəhbərlik edir. 2006-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə İkram Manafov Abşeron rayonunun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə (mədəniyyət sahəsində) "Tərəqqi" medalı ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi