Nazirlik “Ən yaxşı sosial çarx ssenarisi” müsabiqəsi elan edib

Nazirlik “Ən yaxşı sosial çarx ssenarisi” müsabiqəsi elan edib Müsabiqə mayın 1-dən iyunun 15-dək davam edəcək
Mədəniyyət siyasəti
1 May , 2015 12:18
Nazirlik “Ən yaxşı sosial çarx ssenarisi” müsabiqəsi elan edib

Bakı. 1 may. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi "Ən yaxşı sosial çarx ssenarisi" müsabiqəsi elan edib. Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən məlumata görə, müsabiqə mayın 1-dən iyunun 15-dək davam edəcək. 

Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan xalqının yüzilliklər boyu yaratmış olduğu yüksək mənəvi-əxlaqi dəyərləri, o cümlədən, folklor, adət-ənənələr, vətənə və torpağa məhəbbət, tolerantlığını və başqa mənəvi keyfiyyətləri özündə əks etdirən rəvayət, əfsanə və əsatirlər əsasında sosial çarxların çəkilməsidir. Bununla mədəni dəyərlərin qorunaraq gələcək nəsillərə çatdırılması, təbliğinin həyata keçirilməsi, müvafiq sahədə istedadlı şəxsləri əməkdaşlığa cəlb edərək onların yaradıcılıqlarına dəstək verilməsidir.

"Ən yaxşı sosial çarx ssenarisi" müsabiqəsi Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən təsis edilib. Müsabiqəyə təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur və bir müəllif bir neçə ssenari ilə də iştirak edə bilər.
Müsabiqənin qaliblərinə pul mükafatı və diplomlar verilir. Pul mükafatı və diplomlar 7 nəfərdən ibarət münsiflər heyətinin təqdimatı ilə mədəniyyət və turizm nazirinin əmrinə əsasən verilir.

Birinci yer üçün 1500, ikinci yer üçün 1000, üçüncü yer üçün 700 manat və hər biri 500 manat olmaqla üç həvəsləndirici mükafatdan ibarət mükafat fondu müəyyən olunub.


Son xəbərlər

Orphus sistemi