Nazir müavini Meksikanın müvəqqəti işlər vəkili ilə görüşüb

Nazir müavini Meksikanın müvəqqəti işlər vəkili ilə görüşüb İki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Mədəniyyət siyasəti
25 Aprel , 2015 15:45
Nazir müavini Meksikanın müvəqqəti işlər vəkili ilə görüşüb

Bakı. 25 aprel. REPORT.AZ/ Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Meksikanın Azərbaycandakı müvəqqəti işlər vəkili Fransisko Ernesto Romero Boku ilə görüşüb. "Report" xəbər verir ki, məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Fransisko Ernesto Romero Bok bildirib ki, Bakıya ölkəsinin Azərbaycanda səfirliyinin açılması işlərinin aparılması məqsədilə gəlib. O deyib ki, bir neçə aydır Bakıda yaşayır, Azərbaycan mədəniyyətini çox bəyənir və xüsusən də Azərbaycan mətbəxindən zövq alır. 

O, mədəniyyət sahəsinin Azərbaycanla Meksika arasında əməkdaşlıq baxımından ən əhəmiyyətli sahələrdən biri olduğunu vurğulayıb.

Müvəqqəti işlər vəkili Azərbaycanda Meksikalı rəssam Marqarita Moralesin rəsm əsərlərinin sərgisinin keçirilməsini təklif edib.

Onun sözlərinə görə, Almaniyada yaşayan məşhur rəssam əsasən təbiətə həsr olunan əsərlər yaradır. 

Son xəbərlər

Orphus sistemi