Nazir Bakı Xoreoqrafiya Akademiyasının rektorunu kollektivə təqdim edib

Nazir Bakı Xoreoqrafiya Akademiyasının rektorunu kollektivə təqdim edib Əbülfəs Qarayev Akademiyada olub
Mədəniyyət siyasəti
23 Yanvar , 2015 16:22
Nazir Bakı Xoreoqrafiya Akademiyasının rektorunu kollektivə təqdim edib

Bakı.23 yanvar. REPORT.AZ/ Yanvarın 23-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Xoreoqrafiya Akademiyasının kollektivi ilə görüşüb və yeni təyin edilmiş rektoru kollektivə təqdim edib. 

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

Nazir bildirib ki, 2014-cü il Azərbaycan xoreoqrafiya sənətində çalışanlar və bu sahədə təhsil alanlar üçün yaddaqalan il olub: "Prezident İlham Əliyev mədəniyyətimizə, incəsənətimizə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi olaraq Bakı Xoreoqrafiya Akademiyasının yaradılması ilə bağlı sərəncam imzalayıb".

Qeyd edək ki, Cənubi Qafqaz regionunda yeganə Xoreoqrafiya Akademiyası olan tədris ocağının yeni binasının layihəsi tanınmış avstriyalı memar Frans Yants tərəfindən hazırlanacaq.

Əbülfəs Qarayev Bakı Xoreoqrafiya Akademiyasının rektoru Timuçin Əfəndiyevə və kollektivə gələcək işlərində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi