Anar Kərimov Gəncədə terror hadisəsinin törədildiyi ərazidə olub

Anar Kərimov Gəncədə terror hadisəsinin törədildiyi ərazidə olub Gəncə şəhərində səfərdə olan mədəniyyət naziri Anar Kərimov Vətən müharibəsi zamanı Ermənistanın törətdiyi terror hadisəsin olduğu əraziyə baş çəkib.
Mədəniyyət siyasəti
3 Fevral , 2022 14:55
Anar Kərimov Gəncədə terror hadisəsinin törədildiyi ərazidə olub

Gəncə şəhərində səfərdə olan mədəniyyət naziri Anar Kərimov Vətən müharibəsi zamanı Ermənistanın törətdiyi terror hadisəsin olduğu əraziyə baş çəkib.

"Report"un Qərb bürosunun məlumatına görə, nazir şəhidlərin ruhuna hörmət əlaməti olaraq dağıntıların baş verdiyi əraziyə güllər düzüb.

Qonağa Vətən müharibəsi zamanı Gəncə şəhərində törədilən terror hadisələri haqqında məlumatlar verilib.

Qeyd edək ki, A.Kərimov səfər çərçivəsində həmçinin Gəncədəki mədəniyyət ocaqlarına baxış keçirəcək, mədəniyyət işçiləri ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi