Bakı. 23 aprel. REPORT.AZ/ Misir Mədəniyyət Mərkəzində 2012-2013-cü illərdə Misirdə keçirilmiş “Misir dünya uşaqlarının gözündə” adlı tədbirdə yüksək nailiyyətlər qazanan azərbaycanlı gənc istedadların mükafatlandırma mərasimi keçirilib.
Misir Mədəniyət Mərkəzindən "Report"a verilən məlumata görə, mərkəzin müdiri Əhməd Sami Elaydi Misirdə hər il ənənəvi olaraq keçirilən bu beynəlxalq rəsm müsabiqəsinin əhəmiyyətindən, müsabiqənin məqsədindən danışıb. Sonra Bakı Rəsm Qalereyasının rəhbəri, Rəssamlar İttifaqının üzvü Eldəniz Babayev və AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi Pərvinə Əfəndiyeva qalibləri təbrik ediblər.
Müsabiqədə iştirak edən 15 nəfər azərbaycanlı gənc istedad Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyinin iki qızıl, iki gümüş medalı və sertifikatlara layiq görülüblər.