Milli mədəni irsə aid sərvətlərin üzünün köçürülməsi, çoxaldılması və s. qaydası təsdiqlənib

Milli mədəni irsə aid sərvətlərin üzünün köçürülməsi, çoxaldılması və s. qaydası təsdiqlənib Qərarda milli mədəni irsə sərvətlərin üzünün köçürülməsi, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı qaydası təsdiqlənib
Mədəniyyət siyasəti
2 Oktyabr , 2016 00:56
Milli mədəni irsə aid sərvətlərin üzünün köçürülməsi, çoxaldılması və s. qaydası təsdiqlənib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti "Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı Qaydası”nı təsdiq edib.

"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb. Qərarda bildirilir:

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı Qaydası” təsdiq edilsin.

Qərarda Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı qaydasının ümumi müddəaları da əksini tapıb.

Qayda "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafıya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı ilə bağlı münasibətləri tənzimləyir.

Həmçinin Mədəniyyət məhsullarının istehsalını və mədəniyyət xidmətlərinin göstərilməsini mədəniyyət təşkilatları həyata keçirir.

Azərbaycan Respublikasında mədəniyyət sahəsində müəlliflik hüququ və əlaqəli hüquqların həyata keçirilməsi və qorunması “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.

Milli mədəni irsə aid, o cümlədən muzey, arxeologiya, etnoqrafıya, kitabxana, kino fondlarına və ya arxivlərinə məxsus mədəni sərvətlərin hüquqi və fıziki şəxslər tərəfındən kommersiya və qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi ictimai varidata aid olan nümunələrin istisna olunması şərtilə və həmin sərvətlərin hüquq sahiblərinin (müəlliflərinin və ya əsərə müəlliflik hüququnun digər sahiblərinin) müəlliflik hüquqlarının qorunması təmin olunmaqla, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin (bundan sonra - Nazirlik), "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafıya qoruqları ərazilərində - Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (bundan sonra - İdarə) razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikasının ərazisində folklor nümunələrindən istifadə “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada aparılır, Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərin fiziki və hüquqi şəxsləri tərəfindən Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin razılığı ilə həyata keçirilir.

Qərarda həmçinin qaydanın tətbiq edilməsi də əksini tapıb. Sənədə əsasən Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafıya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalını hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki və hüquqi şəxslər; mədəniyyət müəssisələri və təşkilatları, o cümlədən mədəniyyət sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları həyata keçirirlər.

Son xəbərlər

Orphus sistemi