Mexikoda Fikrət Əmirovun əsəri təqdim olunub

Mexikoda Fikrət Əmirovun əsəri təqdim olunub Konsert alqışlarla qarşılanıb
Mədəniyyət siyasəti
3 Mart , 2015 10:20
Mexikoda Fikrət Əmirovun əsəri təqdim olunub

Bakı. 3 mart. REPORT.AZ/ Meksika paytaxtında Azərbaycanın böyük bəstəkarı Fikrət Əmirovun “Fortepiano və orkestr üçün ərəb mövzularına konsert” adlı əsəri təqdim olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən “Report”a verilən məlumata görə, əsər ölkənin paytaxtı Mexiko şəhərində Livan Respublikasının Milli bayramı çərçivəsində Livan mədəniyyəti günləri zamanı təqdim edilib.

“Fortepiano və orkestr üçün ərəb mövzularına konsert” adlı əsər Mexiko Şəhər Filarmonik Orkestrinin ifasında təqdim olunub. Orkestr tərəfindən, həmçinin livanlı bəstəkar Camal Əbül Hüsn və Belçika əsilli Fransa bəstəkarı və orqanisti Sezar Frankın əsərləri də ifa edilib. Orkestri livanlı bədii rəhbər və baş dirijor, Lubnan Baalbaki idarə edib.

F.Əmirovun “Fortepiano və orkestr üçün ərəb mövzularına konsert” əsəri dərin məzmunu, zənginliyi, incəliyi, parlaq və şəffaf orkestrləşdirilməsi, təravətliliyi və sözün əsl mənasında xəlqiliyi ilə dinləyiciləri özünə cəzb edir.  Əsər konsert salonunda səsləndiyi zaman dinləyiciləri valeh edib və alqışlarla qarşılanıb. 

Son xəbərlər

Orphus sistemi