Məşhur rəqs qrupu Bakıda Misir milli rəqslərini təqdim edəcək

Məşhur rəqs qrupu Bakıda Misir milli rəqslərini təqdim edəcək Konsert Misirin milli bayramına - İnqilab gününə həsr olunub
Mədəniyyət siyasəti
29 İyul , 2016 10:16
Məşhur rəqs qrupu Bakıda Misir milli rəqslərini təqdim edəcək

Bakı. 29 iyul. REPORT.AZ/ Misirin məşhur "Qena" rəqs qrupu Bakıda adıçəkilən ölkənin milli rəqslərini təqdim edəcək.

Misirin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, qrupun çıxışı iyulun 29-da saat 18:00-da Bakının mərkəzində - Nizami küçəsində ("Torqovı"da) açıq havada baş tutacaq.

Konsert Misirin milli bayramına - iyulun 23-də qeyd edilən İnqilab gününə həsr olunub.

Son xəbərlər

Orphus sistemi