Meksikalı rəssamın Bakıda açılan sərgisi başa çatıb

Meksikalı rəssamın Bakıda açılan sərgisi başa çatıb Sərgidə rəssamın Azərbaycana səfəri zamanı çəkdiyi rəsmlər də nümayiş etdirilib
Mədəniyyət siyasəti
30 İyun , 2015 17:55
Meksikalı rəssamın Bakıda açılan sərgisi başa çatıb

Bakı. 30 iyun. REPORT.AZ/ Meksikali rəssam Margarita Moralesin Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunan “Rəngin simfoniyasi” adlı sərgisi sona çatıb.

Bu barədə "Report"a Meksikanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, sərgi, Meksika səfirliyinin yeni açılmasına həsr olunub və məqsəd iki ölkə xalqının yaxınlaşmasına töhfə verməkdir. 

Rəssamın Meksikanın təbiətindən ilhamlanaraq çəkdiyi 30-dan artıq əsəri sərgidə yer alıb. Onlar arasında “Əbədi güllər”, “Bəslənən Arzu”, “Ədən dənizində qızıl güllər”, “Axşam çağı” adlı əsərlər də var. Bununla belə, sərgidə rəssamın Azərbaycanda yaratdığı əsərlər də nümayış olunub. Həmin əsərlər, rəssamın Bakıda olarkən, həmçinin Lahıc və Şəki şəhərinə səfər etdiyi müddətdə tanış olduğu Azərbaycan mədəniyyətini, təbiət və çalarlarını özlərində əks etdirir.

Xatırladaq ki, sərgi iyunun 9-da açılmışdı. 

Son xəbərlər

Orphus sistemi