Meksikada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Meksikada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub Tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin müraciəti oxunub
Mədəniyyət siyasəti
29 Dekabr , 2015 21:23
Meksikada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycanın Meksikadakı səfirliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib. 

Səfirlikdən "Report"a verilən məlumata görə, Meksikada yaşayan azərbaycanlı icmasının nümayəndələri – tanınmış elm və mədəniyyət xadimləri də daxil olmaqla cəmiyyətin müxtəlif təbəqələrindən olan soydaşlarımız iştirak ediblər.

Səfir İlqar Muxtarov ənənəvi olaraq hər il keçirilən bu tədbirin həmrəylik və milli birliyin bir nümayişi olduğunu diqqətə çatdırıb, həmvətənlərini Azərbaycanın təbliği və dövlət maraqlarının təmin edilməsi istiqamətində əməkdaşlığı gücləndirməyə dəvət edib.

Sonra tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına müraciəti oxunub.

Tədbirdə Azərbaycanın milli mətbəx nümunələrindən ibarət ziyafət verilib, xalq musiqiləri səsləndirilib.  

Son xəbərlər

Orphus sistemi