Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Moskvaya kursa gedir

Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Moskvaya kursa gedir Kurslar Lomonosov adına Moskva Dövlət Universitetində təşkil olunacaq
Mədəniyyət siyasəti
14 İyul , 2015 20:38
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Moskvaya kursa gedir

Bakı. 14 iyul. REPORT.AZ/ Əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması və mədəniyyət sahəsində qabaqcıl təcrübənin mənimsənilməsi üçün Nazirliyin Hüquq sektorunun müdiri Namiq Qulamov, Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli və İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev Moskvaya ezam ediləcək.

"Report" xəbər verir ki, nazirliyin əməkdaşları iyulun 19-25-də M.Lomonosov adına Moskva Dövlət Universitetində təşkil olunan "Mədəniyyət sahəsində idarəetmə və siyasət" adlı kurslarda iştirak edəcək.

Kurslar çərçivəsində nazirliyin əməkdaşları üçün nəzəri mühazirələr ilə yanaşı bir sıra mədəniyyət müəssisələrin rəhbərləri ilə rəsmi görüşlərin təşkili də nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən təcrübə və M.Lomonosov adına Moskva Dövlət Universiteti ilə əməkdaşlıq əlaqələri 2013-cü ildən etibarən davam edir.

Son xəbərlər

Orphus sistemi