Mədəniyyət və Turizm Nazirliyində Müsabiqə Komissiyası yaradılıb - SİYAHI

Mədəniyyət və Turizm Nazirliyində Müsabiqə Komissiyası yaradılıb - SİYAHI Komissiyanın tərkibi 9 nəfərdən ibarətdir
Mədəniyyət siyasəti
4 Fevral , 2015 16:57
Mədəniyyət və Turizm Nazirliyində Müsabiqə Komissiyası yaradılıb - SİYAHI

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə Müsabiqə Komissiyası yaradılıb. “Report” xəbər verir ki, Komissiyanın yaradılması barədə əmr Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydaları”nın icrasını təmin etmək məqsədilə imzalanıb.

Komissiyanın tərkibi 9 nəfərdən ibarətdir:

Komissiyanın sədri:

1.Bayramov Rafiq Yasin oğlu - Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri

Komissiyanın üzvləri:

2. Şixəmmədov Vüqar Nurməmməd oğlu - Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri

3. Həsənova Sima Əkbər qızı - Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri

4. Cəfərova Könül Elxan qızı - Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri

5. Nurəliyeva Mənzərxanım Fikrət qızı - Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri

6. Əliyev Rəşad Bariz oğlu - Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri, katib

7. Hətəmov Müşviq Mürşüd oğlu – “Azərbaycan Prodüserlər Gildiyası” İctimai Birliyinin sədri

8. Çobanov Musa Nəbi oğlu - Azərbaycan Aşıqlar Birliyinin katibi

9. Seyidzadə Şahin Kamil oğlu - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

Son xəbərlər

Orphus sistemi