Mədəniyyət və Turizm Nazirliyi Xızı rayonuna press-tur təşkil edib

Mədəniyyət və Turizm Nazirliyi Xızı rayonuna press-tur təşkil edib Media nümayəndələri Xızı rayonunda olan "Altay maralı" Sağlamlıq Mərkəzi ilə tanış olub
Mədəniyyət siyasəti
30 İyun , 2016 20:32
Mədəniyyət və Turizm Nazirliyi Xızı rayonuna press-tur təşkil edib

Bakı. 30 iyun. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi Xızı rayonuna press tur təşkil edib.

"Report" xəbər verir ki, press turun məqsədi ölkəmizin turizm potensialının təbliğ olunmasıdır.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Sağlamlıq və Terminal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə təşkil edilən press-turda respublikamızda fəaliyyət göstərən bir sıra media qurumları və turizm şirkətlərinin nümayəndələri iştirak ediblər.

Media nümayəndələri Xızı rayonunda fəaliyyət göstərən "Altay maralı" Sağlamlıq Mərkəzi ilə tanış olub.

2015-ci ilin mayından fəaliyyət göstərən sanatoriya tipli sağlamlıq mərkəzində Altaydan gətirilərək təsərrüfatı yaradılan maralların tam sümükləşməmiş buynuzlarından pant vannaları, mikroimalələri və maskaları hazırlanır.

İldə bir dəfə buynuzlarını salan maralların buynuzları xüsusi şəraitdə qaynadılır və həmin qarışım müalicə məqsədi ilə vanna və fitoçəlləklərdə buxar prosedurları ilə xəstələrə şəfa verir.

Altay maralının buynuzundan hazırlanan pant vannaları insan orqanizminə göstərdiyi bir sıra müsbət əlamətlərinə görə məşhurdur. Belə ki, bu vannaların seanslarının qəbulu müasir həyatın geniş yayılmış problemləri və xəstəliklərindən sayılan xroniki yorğunluq sindromunu aradan qaldırır və insanın ruhi-emosional vəziyyətini yaxşılaşdırır. Həmçinin, orqanizmdə gedən maddələr mübadiləsinin, metabolik prosesslərin intensivliyini artırır və damarlarda mikrosirkulyasiyanı sürətləndirir. Bundan əlavə, sözü gedən mərkəzdə sidik cinsiyyət xəstəliklərinin, kişilərdə müxtəlif səbəblərdən əmələ gələn cinsi zəifliyin, bronxial astmanın, ostexondrozun və bir sıra dəri xəstəliklərinin mualicəsində istifadə olunur.

Maralların buynuzlarının tərkibi amin turşuları ilə zəngindir.

Press tur iyunun 30-da başa çatıb.niyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Sağlamlıq və Terminal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə təşkil edilən press-turda respublikamızda fəaliyyət göstərən bir sıra media qurumları və turizm şirkətlərinin nümayəndələri iştirak edib.

Media nümayəndələri Xızı rayonunda fəaliyyət göstərən "Altay maralı" Sağlamlıq Mərkəzi ilə tanış olub.

2015-ci ilin mayından fəaliyyət göstərən sanatoriya tipli sağlamlıq mərkəzində Altaydan gətirilərək təsərrüfatı yaradılan maralların tam sümükləşməmiş buynuzlarından pant vannaları, mikroimalələri və maskaları hazırlanır.

İldə bir dəfə buynuzlarını salan maralların buynuzları xüsusi şəraitdə qaynadılır və həmin qarışım müalicə məqsədi ilə vanna və fitoçəlləklərdə buxar prosedurları ilə xəstələrə şəfa verir.

Altay maralının buynuzundan hazırlanan pant vannaları insan orqanizminə göstərdiyi bir sıra müsbət əlamətlərinə görə məşhurdur. Belə ki, bu vannaların seanslarının qəbulu müasir həyatın geniş yayılmış problemləri və xəstəliklərindən sayılan xroniki yorğunluq sindromunu aradan qaldırır və insanın ruhi-emosional vəziyyətini yaxşılaşdırır. Həmçinin, orqanizmdə gedən maddələr mübadiləsinin, metabolik prosesslərin intensivliyini artırır və damarlarda mikrosirkulyasiyanı sürətləndirir. Bundan əlavə, sözü gedən mərkəzdə sidik cinsiyyət xəstəliklərinin, kişilərdə müxtəlif səbəblərdən əmələ gələn cinsi zəifliyin, bronxial astmanın, ostexondrozun və bir sıra dəri xəstəliklərinin mualicəsində istifadə olunur.

Maralların buynuzlarının tərkibi amin turşuları ilə zəngindir.

İki günlük press tur iyunun 30-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi