Bakı. 18 may. REPORT.AZ/ Mayın 13-dən 15-dək Türkiyənin aparıcı kütləvi informasiya vasitələri nümayəndələri üçün Azərbaycanda press-tur keçirilib.
Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Səfər çərçivəsində Bakı şəhəri ilə tanışlıq keçirilib, Dağüstü Park, Xalça Muzeyi, Bayraq Meydanı, İçərişəhər Tarix- Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı, Qız Qalası, Heydər Əliyev Mərkəzi, Atəşgah Məbədi, Yanardağ, Bakının bir sıra muzey və incəsənət obyektləri ziyarət edilib.
Qeyd edək ki, Azərbaycanın Türkiyədə turizm nümayəndəliyi fevralın 29-da açılıb. Nümayəndəliyin əsas fəaliyyəti Azərbaycana turist axınınn gücləndirilməsi istiqamətində prioritet ölkələrdən hesab olunan Türkiyədə təbliğat işinin gücləndirilməsidir.