Mədəniyyət və Turizm Nazirliyi: Kamança Azərbaycanın milli musiqi alətidir

Mədəniyyət və Turizm Nazirliyi: Kamança Azərbaycanın milli musiqi alətidir "Bu həqiqəti heç kim dəyişə bilməz"
Mədəniyyət siyasəti
13 Aprel , 2015 13:23
Mədəniyyət və Turizm Nazirliyi: Kamança Azərbaycanın milli musiqi alətidir

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi İran İslam Respublikasının Tarixi Məkanların Qeydiyyat Şöbəsinin rəhbəri Fərhad Nəzərinin kamançanın bu ölkəyə məxsus olması haqda dediklərinə münasibət bildirib. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov "Report"a bildirib ki, Azərbaycan muğamının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınması muğamın elementləri olan tar, kamança və qavalın Azərbaycanın milli musiqi aləti olmasına bariz sübutdur: "Tar, kamança və qaval dünyada Azərbaycanın milli musiqi aləti kimi tanınır".

Qeyd edək ki, İran İslam Respublikasının Tarixi Məkanların Qeydiyyat Şöbəsinin rəhbəri Fərhad Nəzərinin "Mehrnews" saytına açıqlamasında deyib ki, kamança simli aləti İrana məxsusdur: "Onu bir neçə ölkənin musiqi aləti kimi təqdim etmək olmaz. Kamança İran musiqi aləti kimi Yuneskonun qeyri-maddi mədəni irs siyahısına daxil edilməlidir".

Son xəbərlər

Orphus sistemi