Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq simpoziumda təmsil olunacaq

Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq simpoziumda təmsil olunacaq Tədbir Türkiyənin Şanlıurfa şəhərində keçiriləcək
Mədəniyyət siyasəti
18 Mart , 2015 15:17
Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq simpoziumda təmsil olunacaq

Bakı. 18 mart. REPORT.AZ/ Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə martın 21-dən 27-dək bu ölkənin Şanlıurfa şəhərində beynəlxalq simpozium keçiriləcək.

"Report" xəbər verir ki, simpozium 2014-cü il ərzində aparılan arxeoloji işlər və muzeyşünaslıq sahəsində əldə olunmuş aktual təcrübə və nailiyyətlərə həsr olunacaq.

Tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşlarından ibarət nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, bu il simpoziumda Azərbaycan və Başqırdıstanın nümayəndələri çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi