Mədəniyyət və turizm naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

Mədəniyyət və turizm naziri Sumqayıtda vətəndaşları qəbul edəcək Qəbulda Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər
Mədəniyyət siyasəti
12 Fevral , 2016 13:40
Mədəniyyət və turizm naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

Bakı. 12 fevral. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, görüş fevralın 19-da Sumqayıt şəhərinin Tarixi Muzeyində (Heydər Əliyev prospekti, 4 mkr.) baş tutacaq.

Qəbulda Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services elektron xidmətlər portalı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli - Regionlarla iş sektorunun müdiri) qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi