Əbülfəs Qarayev: "Bu il Bakıda növbəti xalça simpoziumu keçiriləcək"

Əbülfəs Qarayev: "Bu il Bakıda növbəti xalça simpoziumu keçiriləcək" Nazir: "Sahibkarların bu sahəyə dəstək verməsi vacibdir"
Mədəniyyət siyasəti
29 Yanvar , 2016 13:11
Əbülfəs Qarayev: Bu il Bakıda növbəti xalça simpoziumu keçiriləcək

Bakı. 29 yanvar. REPORT.AZ/ "Bu il Bakıda növbəti xalça simpoziumu keçiriləcək".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

O bildirib ki, sahibkarların bu sahəyə dəstək verməsi vacibdir: "Bu, Azərbaycanda xalça sənətinin inkişafına təkan verər, yeni iş yerlərinin açılmasına, xalçaçılıq ilə məşğul olanların artmasına gətirib çıxarar".

Ə.Qarayev Mədəniyyət və Turizm Nazirliyində aparılan islahatlar və struktir dəyişikliklərindən də danışıb. Onun sözlərinə görə, bu il nazirlikdə şöbələrin birləşdirlməsi prosesi aparılacaq: "Yəni daxili islahatlar aparılır. İşləməyən müəssisələr gələcəkdə ləğv ediləcək. Yeni qaydalarla çalışan təşkilatların inkişafına, onların yaradılmasına səy göstərəcəyik".

Son xəbərlər

Orphus sistemi