Mədəniyyət və incəsənət nümayəndələri əsgər və zabitlərlə görüşüblər

Mədəniyyət və incəsənət nümayəndələri əsgər və zabitlərlə görüşüblər Sənərt adamları hərbçilərə musiqi dolu xoş anlar yaşadıblar
Mədəniyyət siyasəti
10 Aprel , 2016 21:42
Mədəniyyət və incəsənət nümayəndələri əsgər və zabitlərlə görüşüblər

Bakı. 10 aprel. REPORT.AZ/ Ermənistan ordusunun son günlər cəbhə xəttində atəşkəs rejiminin intensiv şəkildə pozulması və törətdiyi təxribatlara Azərbaycan Silahlı Qüvvələrinin layiqli cavab verməsi, hərbçilərimizin şücaəti və igidliyi, bütün ölkə əhalisində olduğu kimi, sənət adamları arasında da böyük ruh yüksəkliyi yaradıb. 

"Report" xəbər verir ki, sənət adamları da öz növbələrində əsgərlər və zabitlərimizə dəstək olmağı özlərinə borc bilirlər.

Azərbaycanın bir qrup mədəniyyət və incəsənət ustaları Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissənin əsgər və zabitləri ilə görüşüblər.

Maraqlı konsert proqramı ilə şəxsi heyətin mədəni istirahətini təşkil edən incəsənət ustalarından Azad Şabanov, Elnur Məmmədov, Samir Cavadzadə, Natavan Həbibi, Murad Arif əsgərlərə musiqi dolu xoş anlar yaşadıblar. 

Kamilə Nəbiyeva və İlkin Əhmədovun ifa etdikləri muğam və təsniflər, Qarabağ şikəstəsi əsgərlərdə döyüş əzmini, qələbə ruhunu daha da artırıb.

Son xəbərlər

Orphus sistemi