Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də Masallıya səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.
"Report"un xəbərinə görə, dövlət başçısına məlumat verilib ki, muzeyin inşasına 2014-cü ildə başlanılıb və tikinti işləri 2016-cı ilin iyulunda başa çatdırılıb.
Bildirilib ki, Prezident İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli sərəncamı ilə inşaat işlərinin həyata keçirilməsi üçün 2 milyon manat vəsait ayrılıb. Bina üç mərtəbədən ibarətdir. Burada 5 ekspozisiya zalı, fond və iş otaqları, ideoloji mərkəz, rəsm qalereyası fəaliyyət göstərir.
Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsib və muzeylə tanış olub.