Maqsud İbrahimbəyov “Şərəf” ordeni ilə təltif edilib

Maqsud İbrahimbəyov “Şərəf” ordeni ilə təltif edilib Prezident İlham Əliyev sərəncam imzalayıb
Mədəniyyət siyasəti
7 May , 2015 18:31
Maqsud İbrahimbəyov “Şərəf” ordeni ilə təltif edilib

Bakı. 7 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Maqsud Məmmədibrahim oğlu İbrahimbəyovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

“Report” xəbər verir ki, sərəncamla M.İbrahimbəyov Azərbaycan teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, mayın 11-də nasir, kinodramaturq, rejissor, Azərbaycanın dövlət mükafatı laureatı, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq yazıçısı Maqsud İbrahimbəyovun 80 yaşı tamam olur.

Son xəbərlər

Orphus sistemi