​Macarıstanda Novruz konserti keçirilib

​Macarıstanda Novruz konserti keçirilib Konsertdə Azərbaycanın tanınmış ifaçıları çıxış edib
Mədəniyyət siyasəti
18 Mart , 2015 16:12
​Macarıstanda Novruz konserti keçirilib

Bakı. 18 marta. REPORT.AZ/ Azərbaycanın Macarıstandakı səfirliyində Novruz şənliyi və konsert təşkil edilib.

Bu barədə “Report”a Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

Diplomatik korpus təmsilçilərinin, ölkədə yaşayan Azərbaycan diasporu üzvlərinin və macar ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi axşamı giriş sözü ilə açan səfir Vilayət Quliyev Azərbaycan xalqının həyatında Novruz ənənələrinin əbədiliyindən, heç zaman öz gözəllik və təravətini itirməyən bu bayramın xalqın mənəvi-estetik dünyasındakı böyük rolundan danışıb.

Sonra məşhur muğam ifaçısı, Azərbaycanın xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam ansamblı zəngin konsert proqramı ilə çıxış edib. Mənsum İbrahimov və Vüsalə Racovanın oxuduqları muğamlar, xalq mahnıları, Elçin Haşımovun tarda, Rəşad Əhmədovun kamançada, Siyavuş Kərimovun nağarada ifa etdikləri virtouz musiqi tamaşaçılar tərəfindən böyük coşqunluqla qarşılanıb.

Novruzun ayrılmaz atributlarından olan bayram tonqalı ətrafında qonaqlar ətirli Azərbaycan çayının və bayram şirniyyatlarının dadına baxıblar.

Son xəbərlər

Orphus sistemi