Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin növbəti toplantısı Bakıda keçiriləcək

Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin növbəti toplantısı Bakıda keçiriləcək Toplantı 2016-cı il martın 5-6-da Bakıda olacaq
Mədəniyyət siyasəti
24 Fevral , 2016 20:37
Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin növbəti toplantısı Bakıda keçiriləcək

Bakı. 24 fevral. REPORT.AZ/ Səyahət, turizm və qonaqpərvərlik sənayesinin “Davos Forumu” sayılan Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin (WTFL Think Tank) növbəti toplantısı 2016-cı il martın 5-6-da Bakıda keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Qeyd olunan toplantıda bir sıra ölkələrin turizm nazirləri, beynəlxalq təşkilatların rəhbərləri və turizm üzrə tanınmış ekspertlərin iştirakı nəzərdə tutulur.

Builki toplantının mövzusu “İnkişafda olan turizm məkanları üçün müvəffəqiyyət faktorları”dır.

Toplantı zamanı “növbəti on il ərzində turizm sahəsinə təsir edəcək global tendensialar, turizm üçün insan resursları inkişafının mahiyyəti, yeni texnologiyaların biznes modellərinə və marketinqə təsiri və digər mövzularla bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, Azərbaycan 2015-ci ildə İsveçrədə keçirilmiş Lüsern Dünya Turizm Forumunda “Qonaq ölkə” (Guest country) qismində iştirak edib.

Son xəbərlər

Orphus sistemi