​Los-Ancelesdə Azərbaycana dair sənədli filmlər ekranlaşdırılıb

​Los-Ancelesdə Azərbaycana dair sənədli filmlər ekranlaşdırılıb Filmlərdə Azərbaycanın mədəniyyəti, tolerantlığı, ənənələri barədə bəhs olunur
Mədəniyyət siyasəti
27 Aprel , 2016 19:57
​Los-Ancelesdə Azərbaycana dair sənədli filmlər ekranlaşdırılıb

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun birgə dəstəyilə Los Ancelesdə Azərbaycana dair 5 yeni sənədli film ekranlaşdırılıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan "Report"a verilən məlumata görə, filmlərdə Azərbaycanın zəngin mədəniyyəti, tarixi, təbiəti, turizm potensialı və coğrafi mövqeyi barədə məlumat verilir, ölkəmizin multikulturalizm və dini dözümlülük ənənələrindən, Azərbaycanda müsəlmanların, yəhudilərin, xristianların, eləcə digər etiqad daşıyıcılarının sülh və əmin-amanlıq şəraitində birgə yaşamasından söhbət açılır.

Sözügedən filmlər ABŞ-ın artıq 20-dən çox televiziya kanalında nümayiş olunub. Ümumiyyətlə, filmlərin 2016-cı il ərzində Kaliforniya da daxil olmaqla ABŞ-ın 21 ştatında fəaliyyət göstərən 50 televiziya kanalında yayımlanması, eləcə də müxtəlif film festivallarında nümayişi nəzərdə tutulur.

Qeyd edək ki, filmlərin çəkilməsi məqsədilə proqramın prodüseri Nensi Perlmanın rəhbərlik etdiyiçəkiliş qrupu Bakıda və Azərbaycanın bir sıra regionlarında səfərdə olublar.

Son xəbərlər

Orphus sistemi