Kino işçilərinin peşə bayramı münasibətilə tədbir keçiriləcək

Kino işçilərinin peşə bayramı münasibətilə tədbir keçiriləcək Tədbir zamanı bir qrup kino veteranı mükafatlandırılacaq
Mədəniyyət siyasəti
26 İyul , 2016 14:28
Kino işçilərinin peşə bayramı münasibətilə tədbir keçiriləcək

Bakı. 26 iyul. REPORT.AZ/ 2 avqust - Kino işçilərinin peşə bayramı günüdür. “Report” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, həmin gün Nizami Kino Mərkəzində bayram tədbiri keçiriləcək.

Mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin iştirak edəcəyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən hazırlanmış Ayaz Salayevin “Qarabağın həsrət salnaməsi” layihəsi və “40-cı paraleldə” kinoalmanaxı təqdim olunacaq. Almanaxa “Qara bağ” (rejissor Amil Məmiyev), “Onun atası” (Zamin Məmmədov), “Postskriptum” (Emin Mirabdullayev), “Hədiyyə” (Emin Əfəndiyev) qısametrajlı filmlər daxildir.

Tədbir zamanı bir qrup kino veteranı mükafatlandırılacaq.

Son xəbərlər

Orphus sistemi