Kaliforniyada "Leyli və Məcnun" nümayiş etdiriləcək

Kaliforniyada "Leyli və Məcnun" nümayiş etdiriləcək Səhnə quruluşunda Mark Morrisin rəqs qrupu iştirak edəcək
Mədəniyyət siyasəti
16 Sentyabr , 2016 12:25
Kaliforniyada Leyli və Məcnun nümayiş etdiriləcək

Bakı. 16 sentyabr. REPORT.AZ/ Kaliforniyada "Leyli və Məcnun"un premyerası olacaq.

"Report" xəbər verir ki, təqdimat sentyabrın 30-dan oktyabrın 2-dək davam edəcək.

Səhnə quruluşunda Mark Morrisin rəqs qrupu iştirak edəcək. Onlar Azərbaycanın milli və qərb musiqi alətlərinin sintezindən yaranan musiqinin müşayiəti ilə Amerika tamaşaçılarına Leyli və Məcnunun sevgi hekayəsini təqdim edəcək. Musiqi parçalarını "İpək yolu" ansamblı ilə birlikdə Azərbaycanın xalq artisti, məşhur xanəndə Alim Qasımov və onun qızı, əməkdar artist Fərqanə Qasımova ifa edəcək.

Qeyd edək ki, yeni quruluşda olan "Leyli və Məcnun" oktyabr ayında Vaşinqton və Miçiqanda, yanvar ayında isə Nyu Hempşirdə nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi