III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı mətbuat konfransı keçirilib

III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı mətbuat konfransı keçirilib Tədbirdə yerli və əcnəbi KİV nümayəndələri iştirak ediblər
Mədəniyyət siyasəti
17 May , 2015 19:52
III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı mətbuat konfransı keçirilib

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sabah Bakıda öz işinə başlayacaq III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı yerli və xarici mətbuat nümayəndələri üçün mətbuat konfransı keçirib.

"Report" xəbər verir ki, konfransda YUNESKO baş direktorunun humanitar və sosial elmlər üzrə müavini Nada əl-Naşif, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri, BMT-nin Ümumdünya Turizm Təşkilatının turizm və sülh üzrə baş katibinin müşaviri Amr Adel Qaffar, Birləşmiş Krallığın Kuventre Universitetinin İnam, Sülh və Sosial Əlaqələr Mərkəzinin icraçı direktoru Mayk Nardi iştirak edib.

Nazir Bakıda belə bir forumun keçirilməsinin Azərbaycanın dünyaya təqdim etdiyi böyük layihə olduğunu bildirib. Forumun işində dünyanın ən nüfuzlu təşkilat nümayəndələrinin iştirak etdiyini qeyd edən Əbülfəs Qarayev konfransa hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını soyləyib.

"3 il ərzində bu forumun işində 500 nəfərdən artıq xarici nümayəndə iştirak edib. Bu il foruma 100-dən artıq ölkənin nümayəndəsi, 50-dən çox ökədən nazir və nazir müavinləri, parlament təmsilçiləri və digər yüksək səviyyəli rəsmilər, 10-dan çox beynəlxalq qurum qatılacaq", - deyə nazir bildirib.

Prezident İlham Əliyevin himayəsi və YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası (AŞ), AŞ-nın Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşilatının tərəfdaşlığı ilə keçiriləcək forum iki gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi