​İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyəti yaradılıb

​İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyəti yaradılıb Cəmiyyətin təqdimat mərasimi mayın 6-da Bakıda keçiriləcək
Mədəniyyət siyasəti
5 May , 2015 10:14
​İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyəti yaradılıb

Bakı. 5 may. REPORT.AZ/ İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyəti təsis edilib.

Bu barədə "Report"a təşkilatdan məlumat verilib.

Məlumata əsasən, Dostluq Cəmiyyətinin təsisçiləri İtaliya tərəfdən jurnalist Dündar Keşaplı, Azərbaycan tərəfdən isə Rəşad Qurbanovdur.

Cəmiyyətin yaradılmasında məqsəd iki ölkə arasında turizm, mədəniyyət, təhsil, idman sahəsində əlaqələri gücləndirmək, əlaqələrin inkişafına təkan verməkdir.

Cəmiyyətinin təqdimat mərasimi mayın 6-da Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi