İsmayılbəy təpə qədim yaşayış yerində tədqiqatların ilkin nəticələri açıqlanıb

İsmayılbəy təpə qədim yaşayış yerində tədqiqatların ilkin nəticələri açıqlanıb "Burada tapılan evlər memarlıq üslubuna görə Qafqaz arxeologiyası üçün unikal səciyyə daşıyır"
Mədəniyyət siyasəti
31 İyul , 2015 14:24
İsmayılbəy təpə qədim yaşayış yerində tədqiqatların ilkin nəticələri açıqlanıb

Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyası aparılan tədqiqatlar barədə ilkin yekunları açıqlayıb.

"Report"un xəbərinə görə, arxeoloji ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov bildirib ki, aparılan tədqiqatların ilkin mərhələsində Ağdam rayonunun Armudlu kəndi yaxınlığındakı İsmayılbəy təpə qədim yaşayış yerində dörd təsərrüfat küpü, bir uşaq qəbri və 200 ədəd sapand daşı aşkar edilib: "Burada tapılan evlər memarlıq üslubuna görə Qafqaz arxeologiyası üçün unikal səciyyə daşıyır".

Qeyd edək ki, dörd çöl-tədqiqat mövsümündə İsmayılbəy təpə qədim yaşayış yerinin 400 kvadratmetrlik ərazisində qazıntı işləri aparılıb. Tədqiqat zamanı tapılan arxeoloji materialların İsrailin Veysman İnstitutunda radiokarbon analizləri göstərir ki, İsmayılbəy təpə qədim yaşayış məskəninin üst qatları bizim eradan əvvəl 5700-cü il hüdudlarına aiddir.

Son xəbərlər

Orphus sistemi