İSESKO-nun Baş Konfransının Bakı iclasının yekun bəyanatı qəbul olunub

İSESKO-nun Baş Konfransının Bakı iclasının yekun bəyanatı qəbul olunub Bəyanatda İslam ümmətinin son dövrlər baş verən hadisələrlə, torpaqların işğalı, milli irsin məhv edilməsi ilə bağlı narahatlığı əks olunub
Mədəniyyət siyasəti
27 Noyabr , 2015 17:40
İSESKO-nun Baş Konfransının Bakı iclasının yekun bəyanatı qəbul olunub

Bakı. 27 noyabr. REPORT.AZ/ Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Baş Konfransının XII sessiyasının yekun iclasında bəyanat qəbul edilib.

"Report" xəbər verir ki, bəyanatda İslam ümmətinin son dövrlər baş verən hadisələrlə, torpaqların işğalı, milli irsin məhv edilməsi ilə bağlı narahatlıq, Azərbaycan Prezidenti İlham Əliyevin, İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin və digər nüfuzlu şəxslərin fikirləri əks olunub.

İclasda həmçinin İSESCO Baş Konfransının XII sessiyasının yekun hesabatı və yekun qətnamə layihələri qəbul olunub.

Qeyd edək ki, noyabrın 26-27-də Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Baş Konfransının XII sessiyasında təşkilatın baş direktoru seçilib. Təşkilatın növbəti üç ilə fəaliyyət planı müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi