İki musiqi məktəbində kadr dəyişiklikləri həyata keçirilib

İki musiqi məktəbində kadr dəyişiklikləri həyata keçirilib R.Babayev adına 25 nömrəli onbirillik musiqi məktəbinə və 30 nömrəli uşaq musiqi məktəbinə direktor müavinləri təyin olunub
Mədəniyyət siyasəti
4 May , 2016 13:34
İki musiqi məktəbində kadr dəyişiklikləri həyata keçirilib

Bakı. 4 may. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan iki musiqi məktəbində kadr dəyişiklikləri həyata keçirilib.

Bu barədə "Report"a idarədən məlumat verilib.

Yeni təyinatlara əsasən R.Babayev adına 25 nömrəli onbirillik musiqi məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə Bətulə Rəşid qızı Məmmədova, 30 nömrəli uşaq musiqi məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə isə Fəxriyyə Hüseyn qızı Quliyeva təyin olunub.

Son xəbərlər

Orphus sistemi