İçərişəhərdə “Əli və Nino” filminin çəkilişləri davam etdiriləcək

İçərişəhərdə “Əli və Nino” filminin çəkilişləri davam etdiriləcək Bu səbəbdən aprelin 1-dən 14-dək İçərişəhərə giriş məhdudlaşdırılacaq
Mədəniyyət siyasəti
31 Mart , 2015 11:34
İçərişəhərdə “Əli və Nino” filminin çəkilişləri davam etdiriləcək

Bakı. 31 mart. REPORT.AZ/ Qurban Səidin eyniadlı əsəri əsasında ekranlaşdırılan “Əli və Nino” filminin çəkilişləri aprel ayında İçərişəhərdə davam edəcək.

“Report” xəbər verir ki, bu barədə məlumatı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yayıb.

Filmin çəkilişləri ilə əlaqədar aprel ayının 1-dən 14-nə qədər İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Aprelin 4-dən İçərişəhərin Qoşa Qala Qapısı girişindən nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, Neftçilər prospekti tərəfindən olan girişdən isə giriş-çıxış yalnız İçərişəhərin sakinləri və elektron kart sahibi olan digər rezidentlər üçün açıq olacaq.

Çəkilişlər, əsasən İçərişəhərin Qoşa Qala Qapısı meydanında və Asəf Zeynallı küçəsində aparılacaq.

Çəkilişlərlə əlaqədar İçərişəhərin sakinləri və qonaqları üçün yarana biləcək müvəqqəti narahatçılığın minimuma endirilməsi məqsədi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bütün lazımi tədbirlər görüləcək.

Son xəbərlər

Orphus sistemi