Formula 1-lə bağlı İçərişəhərdə tədbirlər keçiriləcək

Formula 1-lə bağlı İçərişəhərdə tədbirlər keçiriləcək Tədbirlərdə Dövlət Nəfəs Alətləri Orkestri, estrada və vokal orkestrləri, xalq rəqsləri qrupları iştirak edəcək
Mədəniyyət siyasəti
9 İyun , 2016 11:59
Formula 1-lə bağlı İçərişəhərdə tədbirlər keçiriləcək

Bakı. 9 iyun. REPORT.AZ/ Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi iyunun 17-dən 19-dək Bakıda keçiriləcək Formula 1 Avropa Qran Pri yarışları ərəfəsində İçərişəhərdə “İçərişəhər Formula 1-in gözü ilə” və “Meydan Bazarı” adlı tədbir keçirəcək.

Bu barədə "Report"a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Tədbir İçərişəhərdə, Qoşa Qala qapısı qarşısındakı meydanda iyunun 11, 12, 18, 19, 25 və 26-da təşkil olunacaq.

“Meydan Bazarında” Azərbaycanda mövcud olan çoxsaylı sənət sahələrinə aid milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərlərinin, “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzində hazırlanan zərgərlik, batika, keramika və taxtaoyma sənəti nümunələrinin, eləcə də zəngin milli mətbəxin sərgi-satışı təşkil olunacaq.

Rəngarəng konsert proqramında mahir ifaçıların çıxışında musiqi əsərləri, müasir estrada və caz musiqisi səsləndiriləcək, Dövlət Nəfəs Alətləri Orkestri, estrada və vokal orkestrləri, xalq rəqsləri qrupları iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi