"Gülən uşaq” adlı Beynəlxalq Festivalı keçiriləcək

"Gülən uşaq” adlı Beynəlxalq Festivalı keçiriləcək Festival Türkiyənin İstanbul şəhərində olacaq
Mədəniyyət siyasəti
15 Aprel , 2015 12:28
Gülən uşaq” adlı Beynəlxalq Festivalı keçiriləcək

Bakı. 15 aprel. REPORT.AZ/ Aprelin 20-dən 25-dək Türkiyənin İstanbul şəhərində əlil uşaqların "Gülən uşaq" adlı Beynəlxalq Festivalı keçiriləcək. "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Məlumatda qeyd olunub ki, müxtəlif ölkələrin uşaq və gəncləri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində, milli mədəniyyətin təbliğində bu kimi tədbirlərin əhəmiyyətini nəzərə alaraq Festivalda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Bakı şəhər gözdən əlil uşaqlar üçün 38 nömrəli Onbirillik Musiqi Məktəbinin kollektivi təmsil edəcək.
2007 və 2008-ci illərdə keçirilmiş "Gülən uşaq" adlı Beynəlxalq Festivalda Mədəniyyət və Turizm Nazirliyinin maliyyə və təşkilatı dəstəyi ilə Bakı şəhər gözdən əlil uşaqlar üçün 38 nömrəli Onbirillik Musiqi Məktəbinin kollektivi təmsil olunub. 

Son xəbərlər

Orphus sistemi